Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Çingiz Abdullayev “Neftçi”nin darmadağını barədə: “Bayern” də 0:5 uduzmuşdu”

02.11.2021 17:14 2 373
Çingiz Abdullayev “Neftçi”nin darmadağını barədə: “Bayern” də 0:5 uduzmuşdu”
“Bu gün “Neftçi” Azərbaycan çempionudur. Ötən mövsüm biz “Qarabağ”a öz meydanımızda 0:6 hesabı ilə uduzmuşduq. Amma komanda çempion oldu. Bu gün də inanırıq ki, komanda çempionatı uğurla başa vuracaq. Biz “Neftçi”ni sevirik, həmişə də onunla birgə olacağıq”.

Bunu Oxu.Az-a “Neftçi” klubunun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev deyib.

O, Azərbaycan Premyer Liqasının IX turunun oktyabrın 30-da “Azersun Arena”da baş tutmuş görüşündə “Neftçi”nin “Qarabağ”a 0:4 hesablı darmadağınına münasibət bildirib. Onun sözlərinə görə, bu hesab komandanın sonda çempion olmasına mane olmur:

“0:4 hesabı ilə uduzmaq hələ heç nə demək deyil. “Bayern” də Almaniya Kubokunda Mönhenqladbax “Borusiya”sına 0:5 hesabı ilə uduzdu. İndi 0:4 uduzmaq da heç nəyi dəyişmir. Biz yenə də Azərbaycan çempionu sayılırıq”.

Qeyd edək ki, “Qarabağ” ötən ilin noyabrın 8-də “Neftçi”yə səfərdə 6:0 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər