Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub |
Mojo.az Avto
Mojo.az Avto

Rəsul Çunayev karyerasını davam etdirəcək? - AÇIQLAMA

01.11.2021 17:25 4 746
Rəsul Çunayev karyerasını davam etdirəcək? - AÇIQLAMA
“Mən hələ güləşməyi planlaşdırıram. Hazırda zədələrim var. Onları sağaltmaqla məşğulam. Mən özüm üçün məşq edirəm. Amma hazırda güləş zalında məşq edəcək halda deyiləm. Məsləhət olsa, zədələr imkan versə, güləşəcəyəm”.

Bunu Oxu.Az-a yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.

30 yaşlı Rəsul hələ karyerası ilə bağlı qərar vermədiyini bildirib. Olimpiya mükafatçısı və dünya çempionu olan Çunayev tezliklə güləş xalçasına qayıdacağına ümid etdiyini qeyd edib:

“Gördünüz ki, bir koronavirus bütün planları məhv etdi. Mənim öz məqsəd və hədəflərim var. Ancaq hansı tarixədək güləşəcəyəm deyə özümə konkret vaxt qoymamışam.

Öz üzərimdə işləyirəm. Ona görə də ümid edirəm ki, mən öz bacarığımı yenidən nümayiş etdirəcəyəm. Bu bacarığımı özüm idmançı kimi və ya təşkilatçı kimi də göstərə bilərəm. Mən güləşsəm də, güləşməsəm də diqqətimi Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasına yönəldəcəyəm”.

Son xəbərlər