Sumqayıtda ağacın budaqlarının sınması 10 yaşlı qızı xəstəxanalıq edib.
Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, azyaşlı dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.
“Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır”, - deyə nazirlikdən qeyd olunub.
/oxu.az/