Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
1964-cü il təvəllüdlü Məcidov Teymur Allahverdi oğlu evdə bıçaqla özünə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.