Median.Az xəbər verir ki, iyulun 25-i saat 21 radələrində Yevlax şəhərinin ərazisində, Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və idarəetməni itirdiyindən, avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb.
Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, sürücülər Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.