Bakının Biləcəri qəsəbəsində, Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən hoteldə kişi meyiti tapılıb.
Binəqədi rayon hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hotelin 224-cü otağında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Tofiq Ələddin oğlu Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
İlkin ehtimala əsasən, kişi dozadan artıq narkotik maddə qəbul etməsindən və ya ürək tutmasından ölüb.
Qeyd edək ki, o, bundan əvvəl qanunsuz silah saxlama maddəsi ilə məhkum olunub.