Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Bakı şəhər sakini G.Quliyevanın, içərisində 155 manatı və 320 manat dəyərində qızıl-zinət əşyaları olan pulqabısını oğurlayan paytaxt sakini A.Ağayeva saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.