Median.Az xəbər verir ki, mayın 31-i saat 8 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Xaçmaz rayon sakini Yaşar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə sərnişinlər - Bakı şəhər sakini Lapina İvanovna və Şabran rayon sakini Mövlüd Əmiraslanov hadisə yerində ölüblər, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.