Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb.
Xəsarət alan tibb işçiləridir və onların vəziyyəti orta ağır qiymətləndirilir.
Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.