Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.
Axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti sudan çıxararaq, aidiyyəti qurumlara təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
24 aprel * * * * *
Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.
Oxu.Az-ın Aran bürosunun verdiyi xəbərə görə, batan şəxs 35 yaşlı Aysel Vaqif qızı Dadaşovadır.
O, özünü Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.