Median.Az xəbər verir ki, aprelin 20-i saat 23 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini M.Həsənov idarə etdiyi “VAZ-2111” markalı avtomobillə təxminən 40-45 yaşlı kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.