Bakıda fəhlə binanın fasadında təmir işləri aparılarkən hündürlükdən yıxılıb.
Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu binanın beşinci mərtəbəsindən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşüb və nəticədə xəsarət alıb.
Hadisə şahidləri bildiriblər ki, həkimlər yuxarı qalxa bilmədikləri üçün N. Yolçuyev bir müddət taxta konstruksiyanın üzərində qalıb.
Sonra hadisə yerinə gələn FHN əməkdaşlarının köməyi ilə təhlükəsizlik trosu bağlanılıb. N. Yolçuyev aşağı düşürülüb və xəstəxənaya aparılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. N. Yolçuyevə baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.