Bakı sakini özünü yandırıb.
Bu gün saat 10 radələrində Xətai rayonu ərazisində – Məhəmməd Hadi küçəsi ilə Neapol küçələrinin kəsişməsindəki parkda 55-60 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakı şəxslərin köməkliyi ilə yanğın söndürülüb və özünə od vuran şəxs əraziyə gəlmiş təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, özünü yandıraraq intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.
///Publika.az