Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın bu kəndi ŞOKDA – 3 GƏNC ÖZÜNÜ ÖLDÜRÜB

10.02.2018 14:17 4 501
Azərbaycanın bu kəndi ŞOKDA – 3 GƏNC ÖZÜNÜ ÖLDÜRÜB
Fevralın 9-na keçən gecə Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, özünü çöl qapısının çərçivəsindən asaraq intihar edən 26 yaşlı Azayev Nurlan Vahid oğlu subay olub və fərdi əməklə məşğul imiş.

Bildirilir ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının motorunun xarab olduğunu və təmir etdirəcəyini deyib. Gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan giriş qapısından özünü asıb və bir neçə saat sonra yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkar edib. Yaxınlarının sözlərinə görə, Nurlanın daimi işi olmayıb.

Qeyd edək ki, bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihar hadisəsidir. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə 1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.

Son xəbərlər