Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həmin şəxs 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğludur. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.