Gədəbəy rayonunun Şəkərbəy kəndində ümumi sahəsi 62 kvadrat metr olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 30 kvadrat metr sahədə və bir otağının tavanı 20 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
комментариев