Bakı şəhərinin Sabunçu rayonunda sökülməkdə olan ikimərtəbəli binanın yanar konstruksiyaları 200 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.