Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:03 Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq  |     13:45 “Ukrayna dairəsi”ndə güclü tıxac - Təmir nə vaxt bitəcək? (VİDEO)  |     13:19 Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?  |     13:15 Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL (FOTO)  |     13:08 Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"  |     13:06 Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub  |     13:05 Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub  |     13:03 Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi  |     13:01 Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb  |     12:58 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR  |     12:55 Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - SƏBƏB  |     12:51 Naxçıvanda daha dörd idman federasiyası LƏĞV EDİLDİ  |     12:49 Sədərəkdə 51 yaşlı müəllim intihar etdi  |     12:44 Elektrikli avtobus niyə yolda qalıb? (VİDEO)  |     12:30 Bakıda qadın öldürüldü - Ögey oğlu saxlanıldı (YENİLƏNİB)  |     12:28 Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb - FAKTİKİ HAVA  |     12:23 Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq öldü  |     12:21 Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb - FOTO  |     12:17 Şimali Koreyanın Cənubi Koreyaya qarşı "zibil terroru" davam edir  |     12:10 Azərbaycanın Xalq rəssamı Rafiq Nəsirov vəfat edib  |    

Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu - VİDEO

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 343 19.08.20 14:51