Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov söndürülüb.