Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
1980-ci il təvəllüdlü Məhərrəmov Cəlal Kamal oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub.
Araşdırma zamanı bəlli olub ki, C.Məhərrəmov özü özünə bıçaqla xəsarət yetirərək, intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.
комментариев