Dünən Gəncə şəhərində fəhlə yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində fəaliyyət göstərən MMC-lərin birində baş verib.
Belə ki, fəhlə işləyən Quliyev Qalib günorta radələrində MMC-yə məxsus internet xətti üçün nəzərdə tutulan dirəyin yuxarı hissəsində işləyən zaman ehtiyatsızlıqdan yıxılıb.
O, baş beyin silkələnməsi xəsarəti alıb. Hazırda vəziyyəti ağırdır.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
комментариев