Sabirabadda dəhşət: 22 yaşlı gənc hamamda başına su əvəzinə neft tökdü, bədəni alışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |     17:05 Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq edildi  |    

Sabirabadda dəhşət: 22 yaşlı gənc hamamda başına su əvəzinə neft tökdü, bədəni alışdı

Sabirabad rayonunda su əvəzinə səhvən neftlə üzünü yuyan 22 yaşlı gənc yanıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 1-i, saat 23 radələrində rayonun Cavad kəndində baş verib.

1998-ci il təvəllüdlü Elvin Zeynalov hamamda yuyunarkən sabun əlindən yerə düşüb. O, gözü sabunlu olduğu üçün sabunu götürə bilməyib və yerdən su götürərək üzünü yumaq istəyib. Lakin səhvən yerdən neftlə dolu qabı götürüb və başından aşağı töküb.

Həmin vaxt hamamın içində yanan qaz plitəsi E.Zeynalova yaxın olduğu üçün neft alışıb, onun bədəninə alov yayılıb. E.Zeynalov yanaraq çölə çıxıb və özünü gölməçəyə ataraq alovu söndürüb.

Ona bütün bədəninin II və III dərəcəli yanığı diaqnozu qoyulub.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və prosessual hərəkətlər aparılıb.

Məlumata görə, nefti hamama E.Zeynalovun anası ərinin paltarlarını təmizləmək üçün qoyubmuş. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 374 03.02.20 14:07