Bakının Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.
Hadisə axşam saatlarında rayonun Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində olub.
Belə ki, 2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürən zaman çaydanın elektrik hissəsi açıq olub. Ehtiyatsızlıqdan çaydanın elektrik hissəsindən tutan M.Masizadəni cərəyan vurub. Nəticədə, o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/