400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı

Milyonlarla "Facebook" istifadəçisinin telefon nömrələri olan məlumat bazası naməlum şəxslər tərəfindən internetdə yayılıb.

İstifadəçilərin İD profilləri, cinsiyyəti və yaşadıqları ölkə haqqında məlumatlar da internetə sızdırılıb. İstifadəçilər barədə 419 milyondan çox yazı hamı üçün əlçatan olub. Onlardan 133 milyonu ABŞ, 18 milyonu Britaniya və 50 milyonu Vyetnam sakinlərinə aiddir.

Şirkətin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu, sosial şəbəkə telefon nömrələrinə girişi bağlamamışdan öncə toplanmış köhnə məlumatlardır.

"Məlumatlar artıq silinib və onların hər hansına kənar şəxslər tərəfindən baxıldığına dair heç bir sübut yoxdur", - deyə "Facebook" nümayəndəsi Cey Nankerrou bildirib.

Xatırladaq ki, bir müddət öncə istifadəçilərin şəxsi məlumatlarının sızması ilə əlaqədar "Facebook" beş milyard dollar məbləğində cərimələnmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 610 05.09.19 13:25