"Apple" şirkəti 2020-ci ildə yeni "iPhone SE" smartfonunu buraxmağı planlaşdırır.
Median.Az Trend-ə istinadən bildirir ki, yeni telefon gələn ilin yazında satışa çıxa bilər.
Smartfonun qiyməti hələlik açıqlanmasa da, daha ucuz olacağı gözlənilir. Yeni smartfon 4,7 düymlük ekrana, "Touch ID" barmaq izi skanerinə və bir kameraya malik olacaq.
"iPhone SE" smartfonunun birinci versiyası 2016-cı ildə buraxılmış və qiyməti 400 dollar təşkil etmişdi.