Çinin "Sinogene" şirkəti ilk dəfə olaraq satış üçün pişiyi klonlaşdırıb.
"RİA Novosti" xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Van İnina bəyan edib.
Məlum olub ki, klonlaşdırılan heyvanın sahibi, öz ev heyvanının xəstəlik səbəbindən ölümü ilə barışmayıb və buna görə şirkətə müraciət edib.
Qeyd olunub ki, klonun DNT-si ölən ev heyvanının DNT-si ilə eynidir. Lakin heyvanların bəzi xüsusiyyətləri fərqlənə bilər.
Bundan başqa ev heyvanını klonlaşdırmaq 250 min yuana (60 min manat) başa gəlir.