Türkiyə Daxili İşlər Nazirliyi uşaqların müəyyən uyğunsuz vəziyyətlərdə özlərini qoruya bilməsi üçün sosial reklam hazırlayıb.
Median.Az xəbər verir ki, reklamda valideynlərə aşağıdakılar məsləhət görülüb:
- Övladınızın tanımadığınız şəxslərlə fiziki təmasına imkan verməyin.
- Tanımadığı insanlardan uzaq durmasını söyləyin.
- Tanımadığı bir insan onun vücuduna toxunanda necə reaksiya verməsini öyrədin.
- İnternetdə ünsiyyət qurduğu insanlara diqqət edin.