Yerevanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.
TASS xəbər verir ki, bunu onun vəkili Yerem Sarkisyan deyib.
Vəkil bildirib ki, məhkəmənin qərarından şikayət verəcəklər:
"Əminik ki, məhkəmənin Xaçatryanı həbs etmək qərarı ilə ədalət arasında heç bir əlaqə yoxdur".
Xatırladaq ki, Dövlət Gəlirləri Komitəsinin də keçmiş sədri olan Q.Xaçatryan çərşənbə axşamı saxlanılmışdı. O, vəzifə səlahiyyətlərini aşmaqda və iri məbləğdə dövlət vəsaitlərini israf etməkdə şübhəli bilinir. Keçmiş nazir Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə əsas siyasi fiqurlardan biri olub.