Dövlət başçısını yaxından görmək istəyən Ukrayna sakini xəsarət alıb.
Bu barədə "Strana.Ua" jurnalist İqor Retsə istinadən xəbər verir.
Jurnallsitin söylədiyinə görə, başında kazak papağı olan bir ukraynalı Müstəqillik Günü münasibətilə qeyd olunan tədbirlərdən birində işıq dirəyinə dırmaşıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu düşürtməyə çalışıblar. Kişi yıxılıb və başından zədə alıb.
Retz istehza ilə deyib:
"Polislər qan içində olan kişinin qoluna girib onu meydandan çıxarmağa çalışırlar, prezident isə Ukrayna xalqının əyilməz ruhu haqqında nitq söyləyir"