Mütəxəssislər insanın hansı yaşdan başlayaraq yaşlı hesab oluna biləcəyini izah ediblər.
Qeyd olunur ki, hazırda bir çox ölkələrdə həyat səviyyəsinin yaxşılaşması müşahidə olunur, bununla əlaqədar insanların sağlamlıq parametrləri də dəyişib.
Hazırda şəxsin məhz nə zaman yaşlı vətəndaşlar kateqoriyasına keçməsinin vahid tərifi yoxdur. Hesab edilir ki, ahıl yaş yalnız insanın fiziki göstəricilərindən asılı deyil, həm də onun statusundan asılıdır. Məsələn, pensiyaya çıxmış əməkdaş yaşlı sayıla bilər. Lakin qocalıq çox vaxt məhz insanın fiziki vəziyyətinin səviyyəsi ilə əlaqələndirilir.
BMT-nin təsnifatına əsasən, qocalıq 65 yaşdan başlayır, lakin Dünya Səhiyyə Təşkilatı bildirir ki, ahıllıq 60 yaşdan 75-dək başlayır. Herontologiya (yaşlanma haqqında elm – red.) da bu məsələdə DST ilə razılaşır.
Britaniyalı alimlər isə aktiv pensiyaçılar kateqoriyasını təsis etməyi təklif ediblər. Belə ki, indi bir çox pensiyaçılar aktiv həyat yaşamağa davam edirlər. Bu səbəbdən də, alimlərin fikrincə, artıq sağlamlıq vəziyyəti səbəbindən adi məişət durumuna tez reaksiya verə bilməyən şəxsləri yaşlı insan hesab etmək olar.