ABŞ-ın "Google" şirkəti "YouTube" videoportalından Honkonqdakı etiraz aksiyalarını görüntüləyən 210 kanalısilib.
Median.Az Lent.az-a istinadən bildirir ki,bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.
"Bu həftə ərzində əlaqələndirilmiş təsir əməliyyatlarının bir hissəsi kimi 210 "YouTube" kanalını ləğv etmişik. Müəyyən olunub ki, onlar Honkonqda davam edən etirazlarla əlaqəli videolar göndərərək şəbəkə daxilində yayırlar", - "Google" şirkətinin təhlükələrin analizi qrupunun rəhbəri Şeyna Hantli belə deyib.
Onun sözlərinə görə, silinmiş kanalların sahibləri xüsusi üsullardan, eləcə də VPN servislərdən istifadə etməklə öz məkanlarını gizlədirmişlər.