“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |    

“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq”

"Su resursları düzgün idarə edilməsə, BMT inkişafla bağlı qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmayacaq".

Su təmizlənməsi ilə məşğul olan "Suez" şirkətinin rəhbəri Jan-Lui Şossad bu fikirdədir.

Median.Az Bizimyol.info.az-a istinadən bildirir ki, şirkət rəhbəri "Le Figaro"ya müsahibəsində insanların istidən əvvəl susuzluqdan qırılacağını bildirib.

Mütəxəssisin fikrincə, oyun qaydalarını hökumətlər müəyyənləşdirməlidir, şirkətlər isə lazımi texnologiyalara uyğunlaşmalıdır. Jan-Lui Şossad deyir ki, özəl sektorla hökumət problemin həlli üçün birlikdə işləməlidir.

Şossad kənd təsərrüfatına dəstəyin vacibliyini qeyd edib. Söyləyir ki, kimyəvi maddələrdən daha az istifadə olunmalıdır. Bu halda su mənbələri də nitratlarla az çirklənər.

Mütəxəssis bildirir ki, Hindistan və Çin kimi ölkələr yeraltı mənbələrdən çox istifadə edə bilmir. Çünki həmin mənbələrdə suyun bərpası yüzillər sürür.

Şossad qlobal istiləşmə, iqlim dəyişikliyi haqda çox danışıldığını, amma su çatışmazlığının daha böyük problem olduğunu qabartmaq istəyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 23.08.19 20:20