İran istehsalı olan "Fəridənin axtarışlarında" adlı sənədli film "ən yaxşı beynəlxalq film" nominasiyasında 92-ci "Oskar" mükafatına təqdim ediləcək.
"İslamosfera" saytının verdiyi xəbərə görə, filmin rejissorları Azadə Musəvi və Kuroş Aiatidir. Ekran əsəri Niderlandda övladlığa götürülən iranlı qızın taleyindən bəhs edir. Təxminən qırx il sonra o, bioloji ailəsini axtarmaq üçün İrana gəlir. Burada üç ailə ona iddia edir. Fəridə onlardan hansına məxsus olduğunu anlamağa çalışır.
Süjet real faktlar əsasında yazılıb.
Xatırladaq ki, film artıq yerli və beynəlxalq festivallarda bir neçə mükafata layiq görülüb.
İlk dəfədir ki, İran "Oskar"a sənədli film təqdim edir.