Şimali Koreya 400 min insanın həyatını təhlükəyə atır » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |    

Şimali Koreya 400 min insanın həyatını təhlükəyə atır

Şimali Koreyanın uran müəssisəsi radioaktiv tullantıları yaxınlıqdakı çaya axıdır və bu, xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Söhbət, əsasən, Şimali Kvanqe əyalətindəki Pxensan şəhərindən gedir. Amerikalı tədqiqatçı Ceykob Boql 2003-cü ilə aid fotolara baxarkən bu qənaətə gəlib ki, mədəndən çirkli sular yaxınlıqdakı su anbarına axıdılır.

Qeyd olunur ki, burada uran zənginləşdirilir. Peyk görüntülərinə görə, bundan sonra yaranan çirkli suyun bir hissəsi isə Sarı dənizə birləşən Ryeson çayına axıdılır.

"Bəzi görüntülərdə zəhərli maddələrin birbaşa çaya buraxıldığı görünür", - deyə C.Boql bildirir.

Mütəxəssislər hesab edirlər ki, bu cür tullantıların tərkibində ağır radioaktiv maddələr var. Bunun nəticəsində isə ən azı 400 min insan xərçəng və digər ağır xəstəliklərə tutulmaq riski ilə üzləşir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 140 22.08.19 12:28