12 yaşlı rusiyalı turist Türkiyədə istirahəti zamanı əlini əzib və hovuzda boğulub.
“Fontanka.ru” xəbər verir ki, hadisə Bodrumda “Sunhill” hotelində baş verib.
Qız hovuzda çimərkən nasosun borusu onun əlini sovurub. Qızın atası və hadisə şahidləri borunu qıraraq qızı xilas ediblər. Lakin o vaxta qədər yeniyetmə suda boğulub və komaya düşüb.
Zərər çəkənin anası bildirib ki, hazırda onlar ailə ilə birlikdə Dənizli şəhərinin xəstəxanasındadırlar. Həkimlər 2 gün ərzində qızın ürəyini 5 dəfə işə salmağa cəhd ediblər. Bildirilir ki, türkiyəli həkimlər qızı xilas etmək üçün səylərini davam etdirirlər.