“Ukrayna münaqişəsinin həlli ilə bağlı “Normandiya formatı”na alternativ yoxdur”. Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşündə bildirib.
O, Makronla bu formatın işini müzakirə edəcəyini söyləyib. Putin əfv və Donbasa xüsusi statusun verilməsi olan, əvvəlcədən əldə olunan razılaşmaları da xatırladıb: “Bir sıra məsələlər var ki, biz bunlar barədə razılaşmalıyıq. Mənə elə gəlir ki, biz bu gün bu mövzunu müzkirə edəcəyik. Bunu mütləq etməliyik. Fikrimcə, “Normandiya formatı”na alternative mövcud deyil”.