Adamyeyən qatil azadlıqdadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |    

Adamyeyən qatil azadlıqdadır

2004-cü ildə qadını öldürüb yeyən britaniyalı Pol Dürant azadlığa buraxılıb və hazırda Londonda yaşayır.

Bu barədə Böyük Britaniyanın "Mirror" nəşri məlumat verib.

Nəşrin xəbərinə əsasən, cinayətkarın 60 yaşı tamam olub. 2004-cü ildə o, 41 yaşlı rəfiqəsi Karen Darrelin yoxa çıxmasına görə günahı öz üzərinə götürüb.

Dürant, onu küt alətlə ölümcül döydüyünü, sonra hissələrə bölüb yediyini etiraf edib. Onun polisə nişan verdiyi mənzildə bıçaq, mişar və çoxlu qan izləri aşkar edilib, lakin iki uşaq anası olan Darrelin cəsədi tapılmayıb.

Keçmiş heroin aludəçisi olan Dürant iki qarət hadisəsində təqsirləndirildiyi üçün İspaniyada gizlənib. Orda isə ona amansız qətl ittihamı ilə 12 il həbs cəzası verilib, lakin 2010-cu ildə cinayətkar Britaniya hökumətinə təhvil verilib və soyğunçuluqla bağlı ittihamlar əlavə olunaraq, 9 ilə yaxın həbsdə saxlanılıb.

Təxminən bir ay öncə qatil azadlığa buraxılıb və hazırda Londonun şərqində, Tauer Hamlets ərazisində yaşayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 986 19.08.19 19:08