İslandiyada qədim Okiyoküdl buzlağının şərəfinə xatirə lövhəsi açılıb.
“Layf” xəbər verir ki, lövhədə ingilis və island dillərində gələcək nəsillərə müraciət yazılıb.
Lövhə iqlim dəyişiklikləri ilə mübarizəyə çağırır.
“Bizim bunu bacarıb-bacarmadığımızı tək siz biləcəksiniz”, - müraciət belə yekunlaşır.
100 il bundan əvvəl Okiyoküdl buzlağının sahəsi 16 kvadrat kilometr, eni isə 50 metr olub. Qlobal istiləşməyə məruz qalan buzlağın sahəsi hazırda 1 kvadrat kilometr, eni isə 15 metrə qədər azalıb.