"Rəsmi Tehran Vaşinqtonla yeni müqavilə imzalamaq istəyir". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Tehran Vaşinqtonla yeni müqavilə imzalamaq istəyir. Çünki sanksiyalar İran iqtisadiyyatına böyük zərbə vurur", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, avqustun 6-sı İran İslam Respublikasının Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı bəyan edib ki, İranla müharibə "bütün müharibələrin anası" ola bilər.
"İranla sülh – istənilən sülhün anasıdır, yenə təkrar edirəm, İranla müharibə bütün müharibələrin anasıdır. Sülhün qarşılığında sülh", - deyə Ruhani qeyd edib.
O, həmçinin əlavə edib ki, əgər Birləşmiş Ştatlar İranla danışıqlar istəyirsə, onda öncə İran İslam Respublikası əleyhinə sanksiyalar ləğv olunmalıdır.