Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.
Median.Az-ın məlumatına görə, bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.
“Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.