Bir çox fotokameralarda istifadə olunan PTP protokolunda aşkar edilmiş boşluq cihazlara zərərverici proqram təminatı quraşdırmağa imkan verir.
Median.Az “ICTnews”a istinadən xəbər verir ki, PTP (Picture Transfer Protocol) protokolu ilk öncə məlumatları kameradan kompüterə yükləmək üçün istifadə olunurdu, ancaq indi məlumatları kompüterdən kameraya ötürməyə də imkan verir, həmçinin protokol vasitəsilə yeniləmə yüklənilir.
PTP protokolu istifadə vaxtı avtorizasiya tələb etmir. Tədqiqatçılar protokol vasitəsilə məsafədən kameraya zərərverici proqram təminatı yükləməyə cəhd ediblər. Sınaqlar “Canon EOS 80D” kamerası üzərində aparılıb. Hesabatda qeyd edilib ki, PTP protokolu bir çox istehsalçıların kamerasında oxşar şəkildə reallaşdırılıb.
Nəticədə məlum olub ki, komandalardan biri istifadəçinin iştirakı olmadan yeniləməni məsafədən icra etməyə imkan verir. Məsələn, bu üsulla kameraya virus yükləmək mümkün olub.