Gürcüstanda “Forsaj-9” (The Fast and the Furious) filminin səhnələri çəkiləcək.
Median.Az report-a istinadən xəbər verir ki, çəkilişlər avqustun 19-dan sentyabrın 20-nə qədər Tbilisi və Rustavi şəhərlərində aparılacaq.
Çəkilişlərlə əlaqədar olaraq hər iki şəhərdə bəzi mərkəzi küçələr bağlanacaq.
“Forsaj-9” filmi “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində lentə alınır. “Hollywood” filminin çəkilişlərini “Enkeny Films” prodüser şirkəti həyata keçirəcək.