Ukrayna televiziyasında əyləncəli kontent yaradan “Kvartal-95” studiyası prezident Vladimir Zelenskiyə parodiya nümayiş etdirib.
Liga.net xəbər verir ki, artistlər dövlət başçısı və onun köməkçisi Andrey Boqdan arasında olan münasibətlərə mahnı qoşublar. Aktyorlar həmçinin, Zelenskinin idman həyatını yamsılayblar.
Prezidenti səhnədə “Şumaxer qardaşları” cütlüyünün üzvü, aktyor Yuri Veliki canlandırıb.