Almaniya kansleri Angela Merkel növbəti dəfə böyük siyasətdən gedəcəyi vaxtı açıqlayıb.
TASS xəbər verir ki, kansler bu barədə “Ostsee-Zeitung” qəzetinin oxucuları ilə görüşündə deyib.
O bildirib ki, 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacaq.
“Əlbəttə, mən yenə siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”, - deyə Merkel qeyd edib.
Xanım kansler həmçinin Avropa Birliyi səviyyəsində fəaliyyətinə davam edəcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa versə də, kansler olaraq vəzifəsində qalıb.