İngiltərənin Keele Universitetinin professoruCoel Hellierinbaşçılıq etdiyibir qrup astronom WASP-South yerüstü robot teleskopundan istifadəedərəkdörd yeni isti Yupiter tipli ekzoplanetaşkar ediblər.
Median.Az Türkiyə mətbuatına istinədən xəbər veri ki, onlardan biri ən yüksək temperatura, digəri isə qəribə bir orbitə malik olan ekzoplanetlərdir.
İlk ekzoplanet WASP-178b, Günəşdən təqribən 1360 işıq ili məsafədə yerləşir və ultra-istiYupitirlərə aiddir. Planetin xarici təbəqələrinin gündüz vaxtı temperaturu 2470 Kelvin təşkil edir ki, bu da onun bu günə qədər tanınan ən isti ekzoplanetlərdən biri olduğunu sübut edir.Ekzoplanet öz ulduzu ətrafında 3.3 günə tam dövr edir, radiusu Yupiterin radiusunun 1.84, kütləsi isə təxminən 1.66 hissəsini təşkil edir.
İkinci kəşf edilmiş WASP-184b ekzoplanetininkütləsi Yupiterin kütləsinin təxminən 0,57,radiusu isə1.33hissəsinəbərabərdir.PlanetGünəşdən təqribən 2100 işıq ili məsafədə yerləşirvəeffektiv istiliyi 1480Kelvindir.
Yeni kəşf edilmiş WASP-192b adlı üçüncü ekzoplanet olduqca ağırdır.Kütləsi Yupiterin kütləsindən2.3dəfə böyük, radiusu isə təqribən 1.23hissəsinəbərabərdir. Günəşdən təqribən 1600 işıq ili məsafədə yerləşir. Planetin temperaturu təxminən 1620 Kelvindir.
Günəşdən 900 işıq ili məsafədə yerləşən dördüncü WASP-185b ekzoplanetinradiusuYupiterin radiusunun1,25 hissəsini təşkil edir,kütləsi isə təqribənYupiterinkütləsinə bərabərdir.Onun orbitinin ekssentristeti təxminən 0.24 və periodunun təqribən 9.4 Yer sutkası qədər olması planetin qeyri-adi xüsusiyyətlərindəndir. Alimlər hesab edir ki, isti Yupiterlər öz ulduzlarına daha yaxındırlar.