"The Walt Disney" kompaniyası "Evdə tək" (Home Alone) və "Muzeydə bir gecə" (Night at the Museum) filmlərinin yenidən çəkilməsinə qərar verib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, filmlərin çəkilişi bitdikdən sonra onları Disney+ striminq platformasında izləmək mümkün olacaq. Ancaq hələlik filmlərin hansı formada ekrana çıxacağı bəlli deyil. Çünki onlar tammetrajlı yaxud da serial şəklində ola bilər.
Qeyd edək ki, Disney+ platformasının açılışı noyabrın 7-də nəzərdə tutulub.