Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbs edilib.
Median.Az bildirir ki, keçmiş dövlət başçısının evinə gələn xüsusi təyinatlılar burada müqavimətlə qarılaşıblar.
Keçmiş prezidentin qərargahından bildirilib ki, evdən atəş səsləri gəlib. İlkin məlumatlara görə, aralarında bir jurnalist olmaqla 10 nəfər yaralanıb.
Mənbə bildirib ki, Atambayevin tərəfdarları onu həbs etmək üçün gəlmiş xüsusi təyinatlılara qarşı müqavimətə davam etsələr də, həbsinə mane ola bilməyiblər.
Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.