Yaponiyanın Honsü adasının mərkəzi hissəsində yerləşən Asama vulkanı püskürməyə başlayıb.
Median.Az Trend-ə istinadən xəbər verir ki, püskürməyə üçüncü dərəcəli təhlükə statusu verilib.
Hələlik vulkan püskürməsi nəticəsində hər hansı bir fəsadın olmadığı deyilsə də, sakinlərə vulkana 4 kilometrədək yaxınlaşmamaq məsləhət görülüb.
Püskürmə hazırda davam edir.
Qeyd edək ki, 2568 metr hündürlüyü olan Asama aktiv vulkanı sonuncu dəfə 2009-cu ildə püskürüb.