ABŞ-ın Kentukki ştatında qaz kəməri partlayıb.
Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 1 nəfər həlak olub.
Partlayışdan sonra başlayan yanğın kəmərin ətrafındakı evlərə keçib. Bölgədə sakinlərin təxliyəsi aparılır.
Yanğının qarşısının alınması üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.