Rusiyanın Yakutiya respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Median.Az Trend-ə istinadən xəbər verir ki, respublikanın rəhbəri Aysen Nikolayev bununla bağlı avqustun 1-də fərman imzalayıb.
Hazırda Yakutiyada ümumi ərazisi 1431 hektarı əhatə edən 20 meşə yanğınının qarşısının alınması üçün mübarizə aparılır.
Yanğınların söndürülməsi üçün 700-ə yaxın yanğınsöndürən, o cümlədən paraşütçü və desantçı yanğınsöndürənlər cəlb edilib.